Aprelin 29-da UNEC-in Zaqatala filialının beş illik yubileyinə həsr olunan təntənəli tədbir keçirilib.
Tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb.
İnzibati və təşkilati məsələlər üzrə prorektor, dosent Şaiq Əsgərov tədbirdə çıxış edərək UNEC-in rektoru, professor Ədalət Muradovun təbrikini filialın professor- müəllim heyətinə çatdırıb. Təbrikdə filialın 5 il ərzidə əldə etdiyi nailiyyətlər vurğulanaraq, filialın kollektivinə fəaliyyətlərində uğurlar arzulanıb.
Zaqatala rayon İcra Hakimiyyətinin Humanitar işlər üzrə müavini Vəfa Süleymanova icra başçısı Mübariz Əhmədzadənin təbriki səsləndirib. UNEC-n Zaqatala filialının regionların sosial-iqtisadi inkişafı üçün yüksək ixtisaslı kadrlara olan tələbatın təmin etmək, bölgələrdə yaşayan gənclərin keyfiyyətli ali təhsilə çıxış imkanlarını genişləndirmək, eləcə də ali təhsil müəsisələrinin mövcud maddi-texniki və kadr potensialından istifadənin səmərəliliyini artırmaq məqsədilə yaradıldığını diqqətə çatdırıb. Vəfa Sleymanovfifalın kollektivini yubiley münasibəti ilə təbrik edərək, işlərində uğurlar arzulayıb.
Zaqatala filialının direktoru, professor Orucəli Rzayev filialın beş il ərzində göstərdiyi fəaliyyəti haqqında məlumat verib və gələcək hədəflərindən danışıb. Sonra filialın direktor müavini, dosent Həqiqət Qədimova, Zaqatala İqtisad Məktəbinin rəhbəri Babək Alıyev çıxış edərək yubiley münasibəti ilə professor-müəllim heyətini təbrik etmiş və onlara işlərində uğurlar arzulamışlar.
Tədbirdən sonra filialın beş illik yubileyi münasibəti ilə “UNEC-in Zaqatala filialının ölkənin şimal-qərb regionunun inkişafında rolu” mövzusunda respublika elmi-praktiki konfransı keçirilib.
Filialın direktoru konfransı açıq elan edərək konfransın işinə uğurlar arzulayıb. Elmi-praktiki konfrans işini bölmələrdə məruzələrlər davam etdirib. Ümumi bölməyə dosent Həqiqət Qədimova, İqtisadiyyat və idarəetmə bölməsinə isə dosent Səfər Razıyev moderatorluq edib.