A

UNEC-in Zaqatala filialında dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü, professor Lütfi Zadənin 100 illiyi ilə əlaqədar “Müasir Unverisitetlər və bölgələrin sosial-iqtisadi inkişafı: nəticələr, çağırışlar, fürsətlər, perspektivlər” mövzusunda Respublika Elmi-Praktiki Konfrans keçirilib.

Tədbiri giriş sözü ilə açan UNEC-in Zaqatala filialının direktoru professor Orucəli Rzayev konfrans iştirakçılarını salamlayıb və tədbirin işinə uğurlar arzulayıb.

Daha sonra Orucəli Rzayev qeyri-səlis məntiq nəzəriyyəsinin banisi professor Lütfi Zadənin qısa tərcümeyi-halı, elmi yaradıcılığında və onun dünya elminə verdiyi töhfələr haqqında məlumat verib.

Konfrasda  Bakı Dövlət Universiteti (BDU), Gəncə Dövlər Universiteti (GDU), Sumqayıt Dövlət Universiteti (SDU), Mingəçevir Dövlət Universiteti (MDU), ADPU-nun Şəki və Şamaxı filialının nümayəndələri iştirak ediblər. Konfrans 2 bölmədə davam edib.

“İqtisadiyyat və idarəetmənin tam spektrinin iqtisadi inkişafda rolu” bölməsinə  Zaqatala İqtisad Məktəbinin rəhbəri Babək Alıyev rəhbərlik edib. Bölmədə 30 nəfər məruzəçi iştirak edib.

“Elm, təhsil, praktiklik, nəticələr, fürsətlər, perspektivlər” bölməsinə isəİqtisadiyyat və idarəetmə” kafedrasının müdiri dosent Səfər Razıyev rəhbərlik edib. Bölmədə 30 nəfər məruzəçi iştirak edib.

TOP XƏBƏRLƏR