UNEC-də Elm festivalı çərçivəsində “İqtisadiyyat və riyaziyyat elmləri: qarşılıqlı əlaqələrin təhlili” mövzusunda debat keçirilib.
Tədbirdə Elm üzrə prorektor professor Sakit Yaqubov iştirakçılara iqtisadiyyat və riyaziyyat elminin qarşılıqlı əlaqələrindən, riyaziyyatın iqtisad elmində tətbiqi zəruriliyindən və bunun əhəmiyyətindən danışıb.
Sonra İAETİ-nin direktoru professor Yadulla Həsənli riyazi metodların tətbiqi haqda məlumat verib və riyazi üsulların iqtisadiyyatda tətbiqi imkanlarını açıqlayıb.
Kafedra müdiri professor Əlican Babayev isə riyaziyyatla iqtisadiyyatın qarşılıqlı əlaqələrinə və nəzəri problemlərə toxunub. Müzakirələrdə kafedra müdirləri professor Natiq Əhmədov, professor İrşad Kərimli də çıxış edərək, riyaziyyatın fənn olaraq iqtisad elmləri üzrə olan ixtisaslara uyğun proqram əsasında tədris olunmasını təklif ediblər.