×

Warning

Joomla\CMS\Cache\Storage\FileStorage::_deleteFolder Failed deleting index.html


A

UNEC Dizayn məktəbi və Magistratura Mərkəzi ilə birgə “Müxtəlif dizayn sahələrində fəaliyyət göstərən dizaynerlərin tədqiqatlarının müasir sənayeyə inteqrasiyası: inkişaf perspektivləri və aktual problemlər” mövzusunda Elm festifalı çərçivəsində dəyirmi masa keçirilib.

Tədbirdə Dizayn kafedrasının professor-müəllim heyəti, Magistratura Mərkəzinin əməkdaşları və Dizayn ixtisasında təhsil alan tələbə və magistrantlar iştirak ediblər.

UNEC Dizayn məktəbinin direktoru dos.Lalə Məmmədova və Magistratura mərkəzinin direktoru prof.Qabil Manafov Azərbaycanda Elm Gününün təsis edilməsinin əhəmiyyətindən söz açıblar, sərəncamı rəhbər tutaraq UNEC-də hər il Elm Gününə həsr edilən silsilə tədbirlərin keçirildiyini diqqətə çatdırıblar.

Gilan Tekstil Parkın dizayneri, Magistratura Mərkəzinin tələbəsi Pərvin Namazova “Tekstildə nanotexnologiya: Tədqiqat və inkişaf üçün yeni sahə” adlı tədqiqatla çıxış edib. O, nanotexnologiyaların tekstil sahəsində inkişafı, parçalarda yağ və su itələyici, antibakterial xüsusiyyətlər, UV bloklama, qırışlara qarşı müqavimət, yeni elektron və antistatik xüsusiyyətləri təmin etməyin mümkünlüyündən danışıb.

Sonra “FAB” Boya və Kimya Sənayesi MMC-nin qrafik dizayneri, UNEC-in magistri Lalə Məmmədli məhsul tanıtımında qrafik dizaynın rolu və əhəmiyyətindən söz açıb. Məruzəçi qrafik dizayn kontekstində məhsul tanıtımının uğurlu olub-olmamasını müəyyənləşdirən amillərdən danışaraq, müştəri məmnuniyyətinin yüksəldilməsi üçün “İstifadəçimiz”, “Müştəri təcrübəsi”, “Dizayn düşüncə tərzi” kimi yanaşmaların qrafik dizaynın biznesdəki rolunun əhəmiyyətini vurğulayıb.

Dizayn kafedrasının müdiri dos. Elfanə Qasımova yeni məhsulun yaradılması, sənaye məhsulunun funksional məqsədi, erqonomik tələblər, istehsalda istifadə olunan innovativ texnologiyalar, habelə məhsulun insan və ətraf mühitlə əlaqəsi kimi amillərin birbaşa təsirlərindən bəhs edib.

Tədbir mövzu ətrafında müzakirələrlə davam edib.

TOP XƏBƏRLƏR