A

Rektor professor Ədalət Muradov UNEC İqtisadi Araşdırmalar Elmi Tədqiqat İnstitutunun əməkdaşları ilə görüşüb.

Görüşdə rektor professor Ədalət Muradov UNEC-in tədqiqat universitetinə çevrilməsi istiqamətində qarşıya qoyulan strateji hədəflərdən danışıb. Həmçinin bu sahədə UNEC İAETİ-nin gördüyü işlər və gələcək fəaliyyəti barədə müzakirələr aparıb.

Müzakirələrdə ölkə iqtisadiyyatının sosial-iqtisadi inkişafına elmi dəstək, Web of Scıence, Scopusda çap olunan məqalələrin sayının və istinadlarının artırılması, beynəlxalq elmi əməkdaşlıq, qrant layihələri xüsusi olaraq vurğulanıb. Eləcə də qarşıya qoyulan hədəflərə nail olmaq baxımından İAETİ-nin işinin təkmilləşdirilməsi barədə təkliflər səsləndirilib.

TOP XƏBƏRLƏR