A

Gənclərin Beynəlxalq İqtisadi Forumunun açılışında forumda təmsil olunan 6 dövlətin- Azərbaycan, Rusiya, Qazaxıstan, Belarus, Qırğızıstan, Tacikistanın universitetlərində eyni vaxtda “Dostluq ağacı” əkilib.

UNEC-in 2 saylı tədris binasının həyətində keçirilən ağacəkmə kampaniyası elm üzrə prorektor prof. Sakit Yaqubov, Ural Dövlət İqtisad Universitetinin professoru V.J.Dubrovskiy, Rus İqtisad Məktəbinin müəllim və tələbələri iştirak ediblər.

Xatırladaq ki, aprelin 27-də keçiriləcək superfinalda Azərbaycanı 17 finalçı təmsil edəcək. Onlardan 5-i Yekaterinburq şəhərində iştirak etmək üçün ezam olunublar. Digər finalçılar isə UNEC-in Extern mərkəzində öz elmi məruzələrini təqdim edəcəklər.

TOP XƏBƏRLƏR