Biznes və menecment fakültəsində ulu öndər Heydər Əliyevin anadan olmasının 99 ildönümünə həsr edilmiş “Heydər Əliyevin quruculuq strategiyası Azərbaycanı regionun qüdrətli dövlətinə çevirmişdir” mövzusunda TEC konfransı keçirilib.
Konfransın açılışında Azərbaycanın dövlət himni səsləndirilib.
Fakültə dekanı dos.Mirağa Əhmədov konfransı açaraq, ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycanda apardığı uğurlu iqtisadi islahatlardan danışıb, dahi şəxsiyyətin əvəzsiz xidmətləri nəticəsində Azərbaycanın regionda qüdrətli dövlətə çevrildiyini bildirib.
UNEC EFTİD-nin direktoru prof.Zahid Məmmədov konfransda çıxış edərək, tələbələrin elmi-tədqiqata cəlb edilməsi istiqamətində təkliflər səsləndirib. Konfransda məruzələrlə çıxış edən Ticarət və gömrük işinin təşkili kafedrasının müdiri prof.Arif Şəkərəliyev “Azərbaycanda elm və təhsilin inkişafında Heydər Əliyevin rolu”, iqtisadçı-ekspert i.f.d. Xalid Kərimli “Qlobal inflyasiyanın drayverləri və onun ölkə iqtisadiyyatına təsirləri”, fakültənin III kurs, 920 saylı qrup tələbəsi Ruslan Yusifov isə “Sosial texnologiyalarda vahid sağlamlıq platforması” mövzusunda, tələbə-rektor Cabbar Cəlilov “Ulu öndər Heydər Əliyevin gənclər siyasəti” mövzularında çıxış ediblər.
Konfrans bölmə iclaslarında işini davam etdirib.
Sonda bir qrup tələbə və müəllimə konfransda fəal iştirak etdiklərinə görə sertifikatlar təqdim olunub.