A

UNEC-in Maliyyə və mühasibat fakültəsində müasir müstəqil Azərbaycanın banisi, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə onlayn tədbir keçirilib.

Tədbirdən öncə ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Fakültənin dekanı, iqtisad elmləri namizədi Hafis Hacıyev çıxış edərək, ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurulmasında və inkişaf etdirilməsində göstərdiyi misilsiz xidmətlərindən danışıb, ulu öndərin qəbul etdiyi qərarların, uzaqgörənliklə irəli sürdüyü konseptual fikirlərin və tarixi tövsiyələrin bu gün də ölkəmizdə təhsil islahatlarının əsas istiqamətlərinin müəyyənləşdirilməsinə töhfə verdiyini qeyd edib.

Sonra Maliyyə və maliyyə institutları kafedrasının professoru Elnur Sadıqov “Heydər Əliyev və Azərbaycan təhsili” mövzusu ilə çıxış edərək ulu öndərin ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə dövlətimizin hərtərəfli inkişafında və dünya miqyasında tanınmasında əvəzsiz xidmətlərindən söz açıb, ötən əsrin 70-ci illərindən etibarən 30 ildən artıq bir müddətdə Azərbaycanda təhsilin dünyanın inkişaf tendensiyalarına və beynəlxalq standartlara cavab verən hazırki səviyyəyə çatması və inkişafının bilavasitə ulu öndərin adı ilə bağlı olduğunu bildirib.

Tədbir tələbələrin çıxışları ilə davam edib.

TOP XƏBƏRLƏR