A

UNEC Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili şöbəsi və UNEC Qarabağ İqtisadi Araşdırmalar Mərkəzi tərəfindən təşkil olunan “Şuşanın sosial-iqtisadi dirçəldilməsi – Azərbaycanın tərəqqisinin yeni zirvəsidir” adlı ümumrespublika elmi məqalə müsabiqəsinin qalibləri müəyyən edilib.

Qaliblər professor-müəllim heyəti və doktorant, magistr və tələbə heyətinin təqdim etdiyi məqalələr arasından komissiya tərəfindən qiymətləndirmə meyarları əsasında dəyərləndirilərək seçilmişdir.

Hər iki heyət üzrə ilk 10-luğa düşən məqalə müəlliflərinə sertifikatlar təqdim olunacaq və  komissiya tərəfindən seçilən məqalələr toplu şəkildə elektron-kitab formatında hazırlanacaq.

Mükafat məbləği professor-müəllim heyəti üçün:

I yer - 500 AZN;

II yer – 300 AZN;

III yer – 200 AZN

Doktorant, magistr və tələbə heyəti üçün:

I yer - 300 AZN;

II yer - 200 AZN;

III yer - 100 AZN

Müsabiqənin nəticələri ilə tanış olmaq üçün SİYAHIYA keçid edə bilərsiniz.

Siyahıda verilən ardıcıllıq qalib müəlliflər üzrə deyil, əlifba sırası ilə, 10-luğa daxil olan məqalələr üzrə verilib.

Qaliblərin adları noyabr ayında UNEC Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili şöbəsi və UNEC Qarabağ İqtisadi Araşdırmalar Mərkəzi tərəfindən təşkil olunacaq tədbirdə açıqlanacaq.