A

UNEC-də Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili şöbəsi və UNEC Rəqəmsal İqtisadiyyat Tədqiqat Mərkəzinin təşkilatçılığı ilə “Təlim və biliyə nəzarət intellektual informasiya sisteminin arxitekturasının modelləşdirilməsi” mövzusunda elmi seminar keçirilib.

Mövzu ətrafında çıxış edən Azərbaycan Respublikası Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının həqiqi üzvü, professor Şahnaz Şahbazova intellektual ekspert texnologiyalarının köməyi ilə fərdi təlimin və tələbə biliklərinin mənimsənmə dərəcəsinə nəzarət proseslərində müəllim davranışını modelləşdirən intellektual sistemin arxitekturasını təqdim edib. Qeyd edib ki, belə bir mürəkkəb sistemin layihələndirilməsi və hazırlanması orijinal elmi məsələ olaraq, tədris prosesinin xarakterinin qeyri-müəyyənliyinə görə tədqiq edilmədiyi üçün təhsilin ali, orta, qiyabi, distant formalarına rəqabət yaratmır. Məruzəçi qoyulmuş məsələlərin həlli üçün informasiya və analitik modelləşdirmədən, ekspert sistemlərinin qurulması modellərindən, hibrid texnologiyalardan, statistik analizdən və adaptiv nəzarət üsullarından istifadənin vacibliyini seminar iştirakçılarının diqqətinə çatdırıb.

Seminar iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb, məruzəçi tərəfindən iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR