Nüfuzlu elmi nəşr platforması olan Scopusda UNEC-in 1997-2023-ci illər ərzində 674 elmi əsəri indekslənib.
Həmin elmi əsərlər 284 adda elmi nəşrdə çap olunub. Noyabr ayının verilənlərinə əsasən, bu elmi əsərlərin 28 faizi Q1, 33 faizi Q2, 36 faizi Q3 və 24 faizi Q4 kvartilli jurnallarda nəşr olunub. 10 faiz jurnalın isə Scopus elmi nəşr platformasındakı fəaliyyəti dayandırılıb.
Ümumillikdə, UNEC nümayəndələrinin 2017-ci ildən Q2 kvartilli, 2018-ci ildən isə Q1 kvartilli jurnallarda nəşr olunan elmi əsərlərinin artım dinamikası da sürətlənib. Elmi əsərlərin nəşr olunduğu jurnalların 13 faizi Sosial elmlərə, 11 faizi İqtisadiyyat, ekonometrika və maliyyəyə, 11 faizi Mühəndisliyə, 10 faizi isə Biznes, menecment və mühasibat uçotuna və s. aiddir. Bu elmi jurnalların 35 faizində istinad sayı 50 faizdən aşağı, 65 faizində isə 50 faizdən yuxarıdır.
UNEC nümayəndələrinin elmi əsərlərinin ən çox nəşr olunan Scopus indeksli jurnalların ilk onluğu:
1. International Journal of Energy Economics and Policy- 2017-2022 illər arası 29 elmi əsər
2011-ci ildən hazıradək bazada indekslənən Q1-Q2 kvartilli jurnalın elmi istiqamətləri İqtisadiyyat, ekonometrika və maliyə; Enerjidir;
2. Eastern-European Journal of Enterprise Technologies- 2017-2022 illər arasında 27 elmi əsər
2013-cü ildən hazıradək bazada indekslənən Q3 kvartilli jurnalın elmi istiqamətləri Riyaziyyat, Mühəndislik, Biznes, Menecment və mühasibat uçotu; Kənd təsərrüfatı və biologiya, Enerji, Kompüter elmləri, Ətraf mühit elmləridir;
3. Acta Crystallographica Section E: Crystallographic Communications-2018-2022-ci illər arasında 25 elmi əsər
2015-ci ildən hazıradək bazada indekslənən Q3 kvartilli jurnalın elmi istiqaməti Kimya, Material Elmləri, Fizika və Astronomiyadır.
4. Advances in Intelligent Systems and Computing-2019-2021-ci illər arasında 19 elmi əsər.
Jurnalın bazada indkeslənməsi 2005-2021-ci illəri əhatə edir, hazırda Scopus sistemindəm kənarlaşdırılıb.
5. Russian Physics Journal-2018-2022-ci illərdə 16 elmi əsər.
1992-ci ildən hazıradək bazada indekslənən Q3 kvartilli jurnalın elmi istiqaməti Fizika və astronomiyadır.
6. İzvestiya Vysshikh Uchebnykh Zavedenii, Seriya Teknologiya Tekstil'noi Promyshlennosti- 2012-2020-ci illər - 14 elmi əsər.
1989-cu ildən hazıradək bazada indekslənən Q4 kvartilli jurnalın elmi istiqaməti Biznes, Menecment və Mühasibat uçotu, Materialşünaslıq, Mühəndislikdir;
7. Journal of Eastern European and Central Asian Research - 2020-2022-ci illərdə 14 elmi əsər.
2014-cü ildən hazıradək bazada indekslənən Q3 kvartilli jurnalın elmi istiqaməti İqtisadiyyat, ekonometrika və maliyə, Biznes, menecment və mühasibat uçotudur;
8. Sustainability (Switzerland) - 2018-2022-ci illər arasında 14 elmi əsər.
2014-ci ildən hazıradək bazada indekslənən Q1-Q2 kvartilli jurnalın elmi istiqaməti Sosial elmlər, Ətraf mühit elmləri, Kompüter elmləri, Mühəndislik, Enerjidir;
9. Energies - 2017-2022-ci illər arasında 12 elmi əsər
1975-ci ildən hazıradək bazada indekslənən Q1-Q2-Q3 kvartilli jurnalın elmi istiqaməti Riyaziyyat, Mühəndislik, Enerjidir;
10. International Journal of Modern Physics B - 2020-2022-ci illər arasında 10 elmi əsər.
1996-cı ildən hazıradək bazada indekslənən Q3 kvartilli jurnalın elmi istiqaməti Fizika və Astronomiyadır.
2021-2022-ci illərdə UNEC nümayəndələrinin 12 elmi əsəri aşağıdakı kitab seriyasında çap olunub:
- 2022 Handbook of Research on Interdisciplinary Reflections of Contemporary Experiential Marketing Practices
- 2022 Handbook of Research on the Complexities and Strategies of Occupational Stress
- 2021 Public Affairs Education and Training in the 21st Century-(2 elmi əsər)
- 2022 Lecture Notes in Networks and Systems (5 elmi əsər)
- 2022 Lecture Notes on Data Engineering and Communications Technologies-(2 elmi əsər)
- 2022 Lecture Notes in Mechanical Engineering
2002-2022-ci illər arası UNEC nümayəndələrinin müəllifi olduğu 29 məruzə Scopus indeksli 16 adda konfrans kitabında çap olunub.
- Proceedings of Institution of Civil Engineers: Energy-2022
- IOP Conference Series: Earth and Environmental Science-2022 (3 məruzə)
- E3S Web of Conferences-2021 (6 məruzə)
- Journal of Physics: Conference Series-2021 (5 məruzə)
- 13th IEEE International Conference on Application of Information and Communication Technologies, AICT 2019 – Proceedings-2019
- Proceedings of the 33rd International Business Information Management Association Conference, IBIMA 2019: Education Excellence and Innovation Management through Vision 2020-2019
- Springer Proceedings in Business and Economics-2019
- IOP Conference Series: Materials Science and Engineering-2019
- Application of Information and Communication Technologies, AICT 2016 - Conference Proceedings-2017 (2 məruzə)
- AICT 2013 - 7th International Conference on Application of Information and Communication Technologies, Conference Proceedings-2013
- 2012 4th International Conference "Problems of Cybernetics and Informatics", PCI 2012 – Proceedings-2012 (2 məruzə)
- 2011 5th International Conference on Application of Information and Communication Technologies, AICT 2011-2011
- Proceedings - International Symposium: Modern Electric Power Systems, MEPS'10-2010
- Proceedings of 2005 ASME Fluids Engineering Division Summer Meeting, FEDSM2005-2005
- Proceedings of the American Society of Mechanical Engineers Fluids Engineering Division Summer Conference-2005
- Proceedings of SPIE - The International Society for Optical Engineering-2002
Qeyd: Jurnalların kvartil göstəriciləri noyabr-dekabr, 2022-ci il verilənlərinə əsaslanır. Eyni jurnal müxtəlif elmi istiqamətlər üzrə bir neçə kvartildə ola bilər. UNEC nümayəndələrinin elmi əsərlərinin nəşr olunduğu jurnallar haqqında geniş məlumat almaq üçün Elmmetrika şöbəsinə https://unec.edu.az/elmmetrika-sobesi/ müraciət edə bilərsiniz.
Məlumat noyabr 2022-ci il Scopus verilənlərinə əsasən hazırlanıb