UNEC-in Nizami Gəncəvi adına Dayanıqlı İnkişaf və Yaşıl İqtisadiyyat Mərkəzinin (Mərkəz) yekun-hesabat iclası keçirilib.
İclasda Müşahidə Şurasının sədri, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov, şuranın üzvləri Birinci vitse-prezidentin katibliyinin böyük məsləhətçisi Elmar Məmmədov, İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf şöbəsinin müdiri Hüseyn Hüseynov, Təmiz Şəhər ASC-nin rəhbəri Etibar Abbasov, KOBİA-nın İdarə Heyətinin sədr müavini Samir Hümbətov, millət vəkili, Gəncə Dövlət Universitetinin prorektoru Pərvin Kərimzadə, BMDM-in direktoru Fariz Əhmədov və Mərkəzin rəhbəri Gülnar Mirzəyeva iştirak ediblər.
İclasda Gülnar Mirzəyeva Mərkəzin illik hesabatını təqdim eib. Hesabatda ötən dövr ərzində əldə edilən nailiyyətlər, həyata keçirilən layihələr, beynəlxalq təşkilatlarla əməkdaşlıq, təşkil olunan konfranslar, aparılmış tədqiqatlar və s. barədə məlumatlar iştirakçıların diqqətinə çatdırılıb. Hesabatdan sonra Mərkəzin 2023-cü il üçün fəaliyyət planı müzakirə edilib və təkliflər səsləndirilib.