Millət vəkili, UNEC İctimai Nəzarət Şurasının sədri Etibar Əliyev növbəti dəfə Kitabxana-İnformasiya Mərkəzinə Azərbaycan və rus dillərində 80 kitab hədiyyə edib.
Kitablar arasında AMEA-nın 70 illiyinə həsr olunmuş və akademiyanın təsis edilməsində əvəzsiz xidmətləri olan akademiklər barədə silsilə nəşrlər, türkşünaslıq, türk sivilizasiyasının təməl dəyərləri, türk xalqları, dövlətçilik tarixi, türk dünyasının tarixi şəxsiyyətlərindən bəhs edən “Türk dünyası” adlı kitablar, dünya ədəbiyyatının incilərindən nümunələr, lüğətlər, Qarabağ tarixi, fəlsəfə, iqtisadiyyat, özünüinkişafla bağlı dəyərli nəşrlər yer alıb.
Kitablarla yaxından tanış olmaq istəyənlər Kitabxana-İnformasiya Mərkəzinə müraciət edə bilərlər.