A

Azərbaycanda yeganə Bloomberg Maliyyə Laboratoriyasına sahib olan UNEC “Bloomberg”in banklararası ticarət həllərinin müzakirə olunduğu tədbirdə iştirak edib.

Tədbirdə “Bloomberg”in banklararası elektron ticarət həlləri və onun Azərbaycan Mərkəzi Bankı ilə əməkdaşlığı haqqında ümumi məlumat verilib. Həmçinin makroiqtisadi və valyuta təhlili üçün Bloomberg terminalında mövcüd olan yenilənmiş funksiyalar nümayiş olunub.

UNEC Bloomberg Maliyyə Laboratoriyasının direktoru Əkbər Əsgərov bildirib ki, terminallarda araşdırmaların aparılması üçün zəruri olan təkmilləşdirilmiş funksiyalar artıq laboratoriyada keçirilən təlimlərin sillabusuna əlavə edilib və yerli bazarın analizi üçün daha geniş imkanlar yaranıb.

TOP XƏBƏRLƏR