A

UNEC-də keçirilən Elm festivalı çərçivəsində “UNEC dövri elmi nəşrləri: müəllifdən oxucuya doğru və ya “qapalı” nəşrdən beynəlxalq arenaya doğru addım” adlı debat təşkil olunub.

Elm üzrə prorektor professor Sakit Yaqubovun moderatorluğu ilə keçirilən debatda rektorun müşaviri dosent Elşən Bağırzadə, Mühəndislik və tətbiqi elmlər kafedrasının müdiri professor Rövnəq Rzayev, UNEC Biznes Məktəbinin direktoru dosent Nazim Hacıyev, Tədqiqat Mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsinin müdiri Rəna Hüseynova, Laboratoriyaların işinin təşkili mərkəzinin direktoru Tural Nağıyev və İAETİ-nun böyük elmi işçisi Salman Nəcəfov iştirak ediblər.

Debat zamanı UNEC-də nəşr olunan elmi jurnalların mövcud durumu, beynəlxalq elmi platformalarda indeksləşən yüksək impakt faktorlu jurnallar sırasında yer alması istiqamətində nəzərdə tutulan layihələr müzakirə olunub. Müzakirələrdə Türkiyə və Avropa təcrübəsinin UNEC-də tətbiqinin zəruriliyi vurğulanıb. Jurnalların texniki təminatının (veb saytın yaradılması, resenzentlər haqqında məlumatın yerləşdirilməsi, məqalələrə açıq girişin təmin olunması və s.) və digər məsələlərin vacibliyi qeyd olunaraq, jurnalların vahid bazasının yaradılması təklifi səsləndirilib.

TOP XƏBƏRLƏR