UNEC-in 90 illik yubileyinin keçirilməsi məqsədilə universitet rəhbərliyi tərəfindən təsdiqlənən Tədbirlər Planının icrası ilə bağlı dekanlar və struktur bölmə rəhbərlərinin iştirakı ilə onlayn görüş keçirilib.
Tələbələrlə iş üzrə prorektor, dosent Səadət Qəndilovanın rəhbərliyi ilə keçirilən görüşdə Tədbirlər Planının hər bir bəndi üzrə aparılmış işlər barədə dekanlar və direktorlar tərəfindən məruzələr dinlənilib və bir sıra təkliflər irəli sürülüb.