A

UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin dəstəyi və İqtisadçı İntellektual klubunun təşkilatçılığı  ilə universitetin 90 illik yubileyinə həsr edilən “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə virtual ümumuniversitet turniri keçirilib.

Rus İqtisad Məktəbinin direktor müavini Anar Eyyubovun hazırladığı suallar əsasında keçirilən turnirdə bütün fakültələrin tələbələri komanda şəklində yarışıblar. İntellektual yarışmada UNEC-in tarixinə aid suallar da yer alıb. 

20 komanda arasında keçirilən turnirin yarımfinalında lider beşlik müəyyənləşib. Tələbələrin böyük maraq və həyəcanla izlədikləri virtual yarışmada Beynəlxalq İqtisadiyyat Məktəbinin “Untouchables” (Toxunulmazlar) komandası qalib olub.  II yeri müxtəlif fakültələrin tələbələrinin təmsil olunduğu “Rebellion”, III yeri isə “P.Z.” komandaları qazanıb.

Qalib komandanın üzvlərini təqdim edirik:

I yer - Fərzalı Məhərrəmli, Nüşabə Məmmədova, Rəsul Əliyev, Ümid Cabbarlı, Elşən Kazımov və Yunis Abdulkərimov

II yer - Emin Əlizadə, Nihad Hacızadə, Mirheydər Həmzəyev, Ülvi Ağamalıyev, Namiq Quluzadə, Məhyəddin Soltanlı

III yer - Rüfət Əlizadə, Məhəmməd İsmayılov, Nadir Şükürlü, Səftər Əkbərli, Ramiz Qənbərli, Ramil Abbaszadə.

Qalib tələbələrimizi təbrik edirik!

TOP XƏBƏRLƏR