A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 90 illik yubileyi çərçivəsində keçirilən “Mənim universitetim” mövzusunda “Natiqlər müsabiqəsi” layihəsinin nəticələri barədə onlayn müzakirələr aparılıb.

Tələbələrlə iş üzrə prorektoru dos.Səadət Qəndilovanın rəhbərliyi ilə keçirilən müzakirələrdə fakültə dekanları, müvafiq struktur rəhbərləri, layihənin münsiflər heyəti və qalib tələbələr iştirak ediblər. Müzakirələrdə tələbələrin layihədə böyük maraq və həvəslə iştirak etdikləri və layihənin uğurla tamamlandığı bildirilib.

Layihəyə əsasən, tələbələr 3-5 dəqiqəlik videoçəkilişdə çıxış ediblər. Həmin videolar tələbələrin fakültələri və adları anonim saxlanılmaqla münsiflər heyətinə təqdim olunub. Ümumilikdə münsiflər heyəti 32 videoçəkiliş arasında qiymətləndirmə aparıb. Qiymətləndirmədə tələbələrin Azərbaycan dilində danışıq və natiqlik bacarıqları əsas meyar kimi götürülüb.

Münsiflər heyətinin qiymətləndirməsinə əsasən, Biznes və menecment fakültəsinin tələbəsi Məryəm Bağırzadə I yerə layiq görülüb. SABAH Mərkəzinin tələbələri Arif Mikayılov II, Mərziyyə Qarayeva isə III yeri qazanıblar.

Maliyyə və mühasibat fakültəsinin tələbələri Cabbar Cəlilov və Alsu Rzayeva IV, Ekspertiza və standartlaşdırma fakültəsinin tələbəsi Nilgün Abbasova V yerə layiq görülülüb.

I, II və III yerlərin sahibləri müfaviq olaraq 150, 120 və 100 manat məbləğində pul mükafatı və diplomla təltif olunacaqlar.

IV və V yerləri qazanan tələbələr diplom, kitab kuponu və suvenirlə mükafatlandırılacaqlar. Layihədə iştirak edən digər tələbələrə isə sertifikatlar təqdim olunacaq.

Münsiflər heyətinin tərkibində departament direktoru dos.Gülnarə Rzayeva, kafedra müdirləri- prof.Afət Abbasova, prof.Tofiq Əbdülhəsənli, Tələbə şöbəsinin müdiri Xalidə Yusifova, Yaradıcılıq Mərkəzinin direktoru Elman Cəfərov, dos.Gülbəniz İsmayılzadə və THİK sədri Rüfət Süleymanlı təmsil olunublar.

TOP XƏBƏRLƏR