A

UNEC-in İctimai idarəetmə və sosial innovasiyalar kafedrasının müəllimi və “Ekologiya” ixtisasının rəhbəri, Fidan Qurbanovanın təşəbbüsü ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri ilə “Ekologiya” ixtisasında təhsil alan tələbələrin görüşü keçirilib.

Tədbirdə kafedra müdiri dos.Elşən Məmmədov nazirliyin nümayəndələrinə “Ekologiya” ixtisasının tədris prosesi barədə ətraflı məlumat verib.

Sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin şöbə müdiri Elnur İbrahimov, Bioloji müxtəlifliyin artırılması və tənzimlənməsi şöbəsinin məsləhətçisi Fəridə Kərimova və Bioloji müxtəlifliyin qorunması şöbəsinin məsləhətçisi Günel Hökməliyeva tələbələrə Milli parklar və xüsusi mühafizə olunan digər ərazilər barədə ətraflı məlumat veriblər. Həmçinin maraqlı təqdimatla çıxış ediblər.

Görüşdə tələbələri maraqlandıran suallar da cavablandırılıb.

TOP XƏBƏRLƏR