A

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Məşğulluq Agentliyinin birgə təşkilatçılığı ilə keçirilən “XVII UNEC Karyera və Əmək Yarmarkası”nda fəal iştirak etmiş Tələbə Həmkarlar İttifaqı Komitəsinin könüllü tələbələri mükafatlandırılıblar.

Mükafatlandırma mərasimində UNEC-in tələbələrlə iş üzrə prorektoru dos. Səadət Qəndilova, Karyera Mərkəzinin direktoru Sevinc Məcid, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri İlkan Əliyev və könüllü tələbələr iştirak ediblər.

Çıxış edən dos. Səadət Qəndilova yarmarkanın uğurla təşkilində göstərdikləri fəal iştiraka görə könüllülərə təşəkkür edib, onların təşəbbüskarlığını və məsuliyyətini yüksək qiymətləndirərək gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Sonda “XVII UNEC Karyera və Əmək Yarmarkası”nda fəal iştirak edən Tələbə Həmkarlar İttifaqı Komitəsinin könüllü tələbələrinə dos. Səadət Qəndilova tərəfindən təşəkkürnamələr təqdim olunub.

TOP XƏBƏRLƏR