A

Aprelin 7-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Ümumdünya Sağlamlıq gününə həsr edilən tədbir keçirilib. UNEC Tələbə Gənclər Təşkilatının dəstəyi ilə keçirilən görüşdə gənc müəllim Ramil Cabbarov Ümumdünya Sağlamlıq gününün tarixindən və qlobal əhəmiyyətindən danışıb.

Tibb üzrə fəlsəfə doktoru Elçin Abdinov gənclərdə piylənmə problemindən söz açıb. O, dünya üzrə statistikanı açıqlayaraq, gənclər arasında normadan artıq kökəlmənin səbəblərini və törətdiyi fəsadları bildirib.Tibb üzrə fəlsəfə doktoru Şəmsiyyə Namazlı sağlam həyat tərzinə diqqət çəkib. Həkim bildirib ki, problemlərin vaxtında aşkarlanması və müalicəsi üçün il ərzində ümumi tibbi müayinə vacibdir.Doğru qidalanma üzrə mütəxəssis Elnurə Qocayeva gəncləri qida qəbulundakı yanlış yanaşmalarla tanış edib. Piylənmənin qarşısının alınması üçün düzgün qida və aktiv həyat tərzi üçün tövsiyələrini verib.

TOP XƏBƏRLƏR