Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) İqtisadçı Tələbələrin Elmi Fəaliyyətinə Yardım İctimai Birliyinin (SUES) və İnvestAZ İnvestisiya şirkətinin birgə təşkilatçılığı ilə təlim keçirilib.
Tədbirdə İnvestAZ İnvestisiya şirkətinin Tədris və analitika departamentinin baş mütəxəssisi Rövşən Məmmədov tərəfindən "Birjada qiymətin düşməsindən necə qazanmaq olar?" mövzusunda təlim keçirilib. Təlim çərçivəsində birjada baş verən proseslər tələbələrə canlı şəkildə təqdim olunub.
Sonda iştirakçıların sualları cavablandırılıb, aktiv tələbələrə hədiyyələr təqdim olunub.