UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə 2022/2023-cü tədris ilinin yaz smestrinin imtahan sessiyası (05 iyun-23 iyun) başlanıb.
İmtahanlar təhsil nazirinin 17 may 2023-cü il tarixli, 3-29/3-2-285F/2023 nömrəli əmrinin tələbləri əsasında təşkil olunub.
Kollecdə yaz smestrinin imtahan sessiyasının keçirilməsi ilə bağlı yaradılan İmtahan Qərargahından verilən məlumata görə 12 qrupun tələbələri yekun dövlət attestasiyasında, 53 qrupun tələbələri isə yaz smestr imtahanlarında biliklərini sınayacaqlar.
Bundan başqa kollecdə imtahan nəticələrindən narazı qalan tələbələrin müraciətini araşdırmaq üçün Apellyasiya Komissiyası yaradılıb.
İmtahan sessiyası və yekun dövlət attestasiyasının təşkili zamanı “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüqüqi şəxs tərəfindən hazırlanmış “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair bütün metodiki göstərişlər”ə riayət olunması üçün tədbirlər görülmüşdür.
Tələbələrimizə uğurlar arzulayırıq.