UNEC-in sabiq Tələbə-rektoru və tələbə təşkilatlarının sədrlərinin hesabat tədbiri keçirilib.
Tədbirdə çıxış edən tələbələrlə iş üzrə prorektor dosent Səadət Qəndilova tələbə-rektor və tələbə təşkilatlarının universitetin, eləcə də ölkənin sosial-ictimai həyatında daim fəal iştirak etdiklərini diqqətə çatdıraraq, onların fəaliyyətlərini yüksək qiymətləndirib.
Sonra tələbə rektor Cabbar Cəlilov, TGT sədri Mətləb Qarayev, TEC sədri Nəzrin İbrahimli, “Future Club”un sədri Murad Ələsgərli, Rəqəmsal Könüllülər Təşkilatının sədri Əli Məmmədov, İqtisadçı Vətənpərvərlər Təşkilatının sədri Nigar Quliyeva və UNEC Könüllüləri Təşkilatının yeni sədri Vüsal Quluzadə hesabatla çıxış ediblər.
Hesabatda Tələbə-rektor və təşkilat sədrləri fəaliyyətləri dövründə həyata keçirdikləri layihələr, təlim, seminar və dəyirmi masalar, könüllülük fəaliyyətləri barədə ətraflı məlumat veriblər. Universitet rəhbərliyi, eləcə də bir sıra dövlət və özəl qurumlar tərəfindən fəaliyyətlərinə görə Fəxri fərmanlar, təşəkkürnamələrlə təltif olunduqlarının diqqətə çatdırıblar.
Dos.Səadaət Qəndilova UNEC tələbə təşkilatlarının universitetin sosial-ictimai həyatında mühüm rol oynadıqlarını və təşkilat üzvlərinin öz aktiv fəaliyyətləri ilə seçildiklərini vurğulayaraq, onlara təhsillərində və gələcək karyeralarında uğurlar arzulayıb.
Sonda tələbə-rektora və təşkilat sədrlərinə “Təşəkkürnamə”lər təqdim olunub.