A

UNEC Qiyabi və əlavə təhsil mərkəzində 15 iyun Qurtuluş Günü ilə bağlı təşkil olunan tədbiri giriş sözü ilə mərkəzin direktoru Səbuhi Tanırverdiyev açaraq, ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra ölkədə həyata keçirilən ardıcıl iqtisadi islahatlar haqqında danışıb.

UNEC-in İqtisadiyyat kafedrasının baş müəllimi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Fərid Hətəmzadə çıxışında dahi lider Heydər Əliyevin ölkədə cərəyan edən hadisələri dərindən təhlil edə bildiyini, Azərbaycanın müstəqilliyini təmin etmək, onu möhkəmləndirmək, ölkədə demokratik hüquqi dövlət qurmaq, köklü islahatlar aparmaq üçün ilk növbədə, ictimai-siyasi sabitlik, hüquq qaydasını təmin edilməsinin vacib olduğunu vurğulayıb. Fərid Hətəmzadə Heydər Əliyevin hüquqi dövlətin Azərbaycan modelini ilk milli Konstitusiyanı yaratmaqla gerçəkləşdirmək istədiyini, 1995-ci ilin noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyamızın müəllifi məhz ümummilli liderin özünün olduğunu qeyd edib. Fərid Hətəmzadə daha sonra bildirib ki, dahi öndər tərəfindən 1996-cı ildə Hüquqi İslahat Komissiyası yaradıldığını, gərgin fəaliyyət nəticəsində "Konstitusiya Məhkəməsi haqqında", "Məhkəmələr və hakimlər haqqında", "Prokurorluq haqqında", "Polis haqqında", "Əməliyyat-axtarış fəaliyyəti haqqında" və hüquq sisteminin mahiyyətini müəyyən edən digər qanun və bütün əsas məcəllələrin qəbul edildiyini bildirib.

TOP XƏBƏRLƏR