UNEC-in Rus İqtisad Məktəbinin bir qrup tələbəsi fakültənin direktor müavini Anar Eyyubovla birlikdə Bakıdakı Rus Evində keçirilən "Rus ali təhsil müəssisələrinin sərgisi"ndə iştirak ediblər.
Rusiyanın 22 ATM-nin təmsil olunduğu sərgidə tələbələrə həmin universitetlərin təhsil imkanları barədə məlumat verilib. Tələbələr daha çox magistratura, eyni zamanda beynəlxalq mübadilə, əməkdaşlıq proqramları ilə maraqlanıblar.