A

Qarabağın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalmış, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Maliyyə və mühasibat” fakültəsinin 2016-cı il məzunu Süleyman Əlbağış oğlu Qarayevin şəhadətindən üç il ötür.

Oktyabrın 7-də şəhid Süleyman Qarayevin anım günü münasibətilə Sabirabad rayonunun Qalaqayın kəndində ailə üzvləri ilə görüş keçirilib.

Görüşdə UNEC-in “Maliyyə və mühasibat” fakültəsinin dekanı dosent Hafis Hacıyev, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri İlkan Əliyev və fakültənin tələbələri iştirak ediblər.

Daha sonra UNEC kollektivi şəhidin əziz xatirəsini ehtiramla yad edərək, məzarı önünə gül dəstələri düzüblər.

Uca Allahdan Vətənimizin ərazi bütövlüyü, dövlətimizin suverenliyi, xalqımızın azadlığı uğrunda canlarını fəda etmiş bütün şəhidlərə rəhmət diləyirik!

TOP XƏBƏRLƏR