UNEC Biznes Məktəbi və “Biznesin idarə edilməsi” kafedrasının birgə təşkilatçılığı ilə 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününə həsr olunan dəyirmi masa keçirilib.
Tədbirdə çıxış edənlər 1991-ci il oktyabrın 18-də Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsi ilə Azərbaycan tarixinin yeni – müstəqil inkişaf dövründən, bu yolda xalqımızın mübarizə əzmindən və Ulu Öndərin xidmətlərindən bəhs ediblər. Hazırda Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanın dövlət müstəqilliyinin daha da möhkəmləndiyini, ərazilərimizin tamamilə bərpa edildiyini deyiblər.