×

Warning

Joomla\CMS\Cache\Storage\FileStorage::_deleteFolder JFolder: :delete: Could not delete folder. Path: /home/news/web/news.unec.edu.az/public_html/cache/page


A

UNEC-ə 2023/2024-cü tədris ilində digər universitetlərdən transfer olunan 72 tələbə ilə görüş keçirilib.

Görüşdə tələbələrlə iş üzrə prorektor dosent Səadət Qəndilova onlara UNEC barədə geniş məlumat verib. Universitetin Tələbə İşləri Mərkəzi, EDUMAN sistemi, “Bir pəncərə” xidməti, tələbə təşkilatları, Yaradıcılıq Mərkəzi, İdman Klubu, startap inkubasiyası, kitabxanalar, xüsusi təqaüd, UDİD, Minor proqramlarından danışan prorektor, tələbələrə həmin imkanlardan yararlanmağı tövsiyə edib.

Beynəlxalq Əməkdaşlıq Departamentinin Xarici əlaqələr şöbəsinin müdiri Afət Ələkbərova beynəlxalq ikili diplom, mübadilə proqtamlarından, İmtahan Mərkəzinin direktoru dosent Söhrab İsayev isə imtahanların təşkili barədə məlumat verib.

Sonra tələbələri maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR