A

UNEC-in Rus İqtisad Məktəbində “İnsan haqlarına retrospektiv baxış" mövzusunda açıq mühazirə keçirilib.

Tədbirdə "İqtisadiyyat" kafedrasının dosenti Təranə Əliyeva insan haqlarının təməl prinsipləri və Azərbaycanda bu sahə ilə bağlı vəziyyətə və qanunvericilik aspektlərinə dair açıq mühazirə ilə çıxış edib.

T.Əliyeva mühazirədə milli qanunvericiliyimizin qadınların hüquq bərabərliyini nəzərə alaraq onlara qarşı hər növ ayrı-seçkiliyin qarşısını almağa xidmət göstərdiyi, respublikamızda ildən-ilə gender siyasəti sahəsindəki qanunvericilik bazasının daha da gücləndirildiyi bildirilib.

Sonda tələbələrin sualları cavablandırılıb.

TOP XƏBƏRLƏR