Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İqtisadiyyat və idarəetmə fakültəsində 12 Noyabr- Konstitusiya Günü ilə bağlı tədbir keçirilib.
Tədbiri fakültənin dekanı dos.Elçin Eyvazov açaraq, tələbələrə Konstitusiyanın yaranma tarixindən, əhəmiyyətindən danışıb.
Daha sonra Qiyabi və əlavə təhsil mərkəzinin direktoru Səbuhi Tanrıverdiyev Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Konstitusiya komissiyası tərəfindən müstəqil Azərbaycan Respublikasının Konstitusiyası layihəsinin hazırlanması barədə danışıb. O, 1995-ci il noyabrın 12-də keçirilmiş referendumda Konstitusiyanın qəbul edilməsi, dövlətin Əsas Qanununun 1995-ci il noyabrın 27-də qüvvəyə minməsi və Qanuna edilən dəyişikliklər barədə ətraflı məlumat verib.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.