UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə Sabunçu Gənclər və idman sektoru ilə birgə 8 Noyabr Zəfər Gününə həsr olunmuş “Zəfərin mübarək, ey vətən!”adlı tədbir keçirilib.
Tədbirdə Sabunçu rayon gənclər və idman sektorunun müdiri Rakif Əliyev, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qaradağ rayon filialının sədri Çingiz Tağıyev və Vətən müharibəsi qaziləri iştirak ediblər.
Tədbirin açılışında Dövlət Himni səsləndirilib və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Kollecin direktoru Vidadi Orucov çıxış edərərək, Zəfər Günü münasibətilə iştirakçıları təbrik edib. O, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan qələbənin Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri kimi yaddaşlara həkk olunduğu bildirib. Qarabağ zəfərini şərtləndirən amillərdən söz açıb.
Sabunçu rayon gənclər və idman sektorunun müdiri Rakif Əliyev çıxışında Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinin qeyd olunduğu bir vaxtda Qarabağda suverenliyimizin tam bərpasının böyük rəmzi məna daşıdığını qeyd edib. Xalqımızın ölkə Prezidentinin ətrafında sıx birləşərək, bütün dünyaya öz qüdrətini, mətinliyimizi, mübarizliyimizi nümayiş etdirdiyini bildirib.
Tədbir bədii hissə ilə davam edib və tədbir iştirakçılarına təşəkkürnamə və sertifikatlar təqdim olunub.