×

Warning

Joomla\CMS\Cache\Storage\FileStorage::_deleteFolder JFolder: :delete: Could not delete folder. Path: /home/news/web/news.unec.edu.az/public_html/cache/page


A

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 12 noyabr - Konstitusiya Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib.

UNEC-in Mühəndislik fakültəsində təşkil olunan tədbirdə fakültənin dekanı dosent Elçin Səmədov çıxış edərək, bildirib ki, Ulu Öndər Heydər Əliyev başda olmaqla xüsusi komissiya yaradılaraq, Konstitusiya layihəsi ümumxalq müzakirəsinə verilib və 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə Müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olunub.

Rus İqtisad Məktəbində keçirilən seminarda direktor müavini dosent Anar Eyyubov Konstitusiyanın qəbul olunma tarixindən və onun yaranmasını şərtləndirən tarixi səbəblərdən söz açıb.

Ümumi fənlərin tədrisinin təşkili departamentində keçirilən tədbirdə çıxış edən departament direktoru dosent Gülnarə Rzayeva və “Humanitar fənlər” kafedrasının müdiri professor Vəkil Həsənov Konstitusiyanın milli dövlətçilik tarixindəki müstəsna əhəmiyyətindən, Əsas Qanunda dövlətin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, cəmiyyətin demokratikləşdirilməsinə və vətəndaş cəmiyyətinin bərqərar olmasına nail olmaq, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq kimi vacib məsələlərin qoyulduğunu nəzərə çatdırıblar.

UNEC-in Rəqəmsal İqtisadiyyat fakültəsindəki tədbirdə “Humanitar fənlər” kafedrasının baş müəllimi İbrahim Babayev çıxış edərək,Konstitusiyanın əsas fəsilləri, maddələri, eləcə də təhsil hüququ barədə tələbələri məlumatlandırıb.

Türk Dünyası İqtisad Fakültəsində keçirilən seminarda "İqtisadiyyat və idarəetmə" kafedrasının müəllimi Nəriman Xanəhmədov 12 noyabr- Konstitusiya Gününün yaranma tarixindən danışıb.

TOP XƏBƏRLƏR