A

UNEC-in Biznes və menecment fakültəsində sağlam həyat tərzinə həsr edilmiş seminar keçirilib.

Seminarda UNEC-in Tələbə poliklinikasının əməkdaşı Nəzakət Yunisova tələbələr qarşısında məruzə ilə çıxış edərək, ölkəmizdə əhalinin sağlamlığının qorunması və gənclərin sağlam ruhda tərbiyə olunmasının daim diqqət mərkəzində saxlanıldığını bildirib. N.Yunisova gənclərə zərərli vərdişlərdən qorunmağın yolları haqqında məlumat verərək, eyni zamanda, yaratdığı asılılıqdan xilas olmağın heç vaxt gec olmadığını bildirib.  

Sonda tələbələrin sualları cavablandırılıb.

TOP XƏBƏRLƏR