A

UNEC-in Beynəlxalq Əməkdaşlıq Departamentinin (BƏD) Layihələrin idarə olunması şöbəsinin təşəbbüsü ilə tələbə və müəllimlərə Mingəçevir Dövlət Universitetinin qalib və UNEC-in tərəfdaş olduğu “Azərbaycan ali təhsilində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi (ENGAGE)” layihəsi haqqında info-sessiya keçirilib.

İnfosessiyada BƏD-in direktoru, ENGAGE layihəsi üzrə UNEC təmsilçisi Nərmin İbrahimova və Layihələrin idarə olunması şöbəsinin müdiri Rauf Məmmədov layihənin məqsədi, UNEC-in layihə çərçivəsində görəcəyi işlər, tərəfdaşlar və qarşılıqlı əməkdaşlıq haqqında ətraflı məlumat veriblər.

Görüşdə tələbələrin sualları cavablandırılıb, UNEC Biznes Mərkəzinin əməkdaşları və müəllimlər ali təhsil müəssisələrində sahibkarlığın inkişaf etdirilməsi istiqamətində fikirlərini bölüşüblər.

TOP XƏBƏRLƏR