A

UNEC-in Dizayn Məktəbində "Məişət zorakılığının qarşısının alınması və onunla mübarizə" mövzusunda tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan UNEC Dizayn Məktəbinin direktoru dos.Lalə Məmmədova mövzunun əhəmiyyətindən danışaraq, məişət zorakılığı ilə bağlı problemlərin hələ də öz aktuallığını saxlamaqda olduğunu bildirib, məişət zorakılığının subyektləri, cəmiyyətdə və məişətdə qadına qarşı zorakılıq, zorakılığın formaları, erkən və məcburi nikah barədə, ölkədə məişət zorakılığına qarşı məqsədyönlü tədbirlərin həyata keçirildiyi haqda ətraflı məlumat verib.

Dizayn kafedrasının müdiri dos. Elfanə Qasımova məişət zorakılığına məruz qalanların, əsasən qadın və uşaqlar olduğunu, dünyada hər 3 qadından birinin gender əsaslı zorakılıqdan əzab çəkdiyini qeyd edib və bu gün dünyanın ən mühüm problemlərindən biri olan məişət zorakılığının qarşısının alınması üçün güclü qanunvericilik və dövlət dəstəyi ilə yanaşı, cəmiyyəti özünü, xüsusilə vətəndaş cəmiyyətinin zorakılıq hallarına adekvat reaksiya verməli olduğunu vurğulayıb.

TOP XƏBƏRLƏR