×

Warning

Joomla\CMS\Cache\Storage\FileStorage::_deleteFolder JFolder: :delete: Could not delete folder. Path: /home/news/web/news.unec.edu.az/public_html/cache/page


A

UNEC-in Türk Dünyası İqtisad Fakültəsi 31 Dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik Gününü və Yeni ilin gəlməsini qeyd edib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni və Türkiyə Cümhuriyyətinin İstiklal marşı ilə başlayıb.

Tədbiri fakültənin dekanı Prof.Dr.Mehmet Yüce açaraq, Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə iştirakçıları təbrik edib. Bildirib ki, bu mötəbər gün Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının tarixinə bəxş etdiyi gözəl günlərdən biridir. Professor çıxışında Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisində, 1991-ci ilin 16 dekabrında “31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü”nün elan edilməsi ilə tariximizin yeni səhifəsinin açıldığını bildirib.

Tədbirdə fakültənin dekan müavini Yusif Əliyev, “İqtisadiyyat və işlətmə” kafedrasının baş müəllimi Nəriman Xanəhmədov bayramın əsas məqsədinin Azərbaycanın haqq səsinin dünyaya çatdırılması olduğunu söyləyərək, 2023-cü ilin xalqımız üçün çox mühüm hadisələrlə yadda qaldığını diqqətə çatdırıblar.  

Daha sonra tədbir tələbələrin hazırladıqları rəqslər və mahnılarla davam edib.

TOP XƏBƏRLƏR