UNEC-də qış imtahan sessiyası zamanı intizam qaydalarını pozan tələbələrə güşəzt olunub.
Belə ki, Elmi Şura imtahanlarda intizam qaydalarını pozan bakalavr və magistrlərə humanistlik nümayiş etdirərək, onlar üçün təkrar imtahanların təşkil olunmasına dair qərar verib.
Qeyd edək ki, cari tədris ilindən UNEC-də intizam pozuntusu ilə bağlı tətbiq edilən yeni yanaşmadan sonra imtahan zamanı köçürmə və əlavə vasitələrdən istifadə kimi neqativ halların sayı 4 dəfə azalıb. Ötən tədris ilində 830 belə hal aşkarlanmışdırsa, bu semestrdə 205 belə fakt qeydə alınıb.