“Tələbə Gənclər Təşkilatlarının Respublika Forumu 2024” keçirilib.
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və ATGTİ-nin təşkilatçılığı ilə Bakı Gənclər Mərkəzində 340 nəfər tələbə gəncin iştirakı ilə keçirilən forumda İttifaqın baş katibi Rəşad Zeynalov və proqram meneceri Fidan Həsənova tərəfindən İttifaqın 2023-cü il üzrə hesabatı təqdim olunub. Həmçinin TGT-lərin və tələbə klublarının üzləşdiyi çətinliklər müzakirə olunaraq, onların təklifləri dinlənilib. Müzakirənin ardınca TGT-lərin yenilənmiş vahid əsasnaməsi təqdim olunub.
Forumda Gənclər Günü münasibətilə “İlin Tələbə Klubu”, “İlin TGT Sədri”, “İlin TGT-si”, “Ağ Çinar” nominasiyaları əsasında plaketlər təqdim olunub, həmçinin fəxri fərman və ilin TGT nümayəndələri təltif ediliblər.
UNEC-in Tələbə Gənclər Təşkilatının sədri Fidan Qəhrəmanova “İlin TGT Sədri”, eyni zamanda, TGT sədr müavini Amin Talıbov isə “İlin TGT nümayəndəsi” nominasiyasına layiq görülüblər.