26 fevral 1992-ci il – Xocalı faciəsinin törədilməsinin üzərindən 32 il ötür.
Bu münasibətlə UNEC-in Xarici Dillər Departamentinin Xarici Dillərin Tədrisi Mərkəzi tərəfindən xüsusi dərslər keçirilib. Dərslərdə soyqırım qurbanlarının xatirəsi ehtiramla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Dərslərdə tələbələrə yaddaşımıza əbədi həkk olunmuş qanlı tarix haqqında məlumat verilib və xalqımıza qarşı törədilən qəddarlıqlardan bəhs edilib. Eyni zamanda tələbələrin Xocalı soyqırımına həsr etdikləri təqdimatlar və videoçarxlar nümayiş olunub.