UNEC-in Türk Dünyası İqtisad Fakültəsində "Məişət zorakılığı" mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə UNEC Psixoloji Xidmət Mərkəzinin rəhbəri Səfahət Abdullayeva, psixoloq Mərziyyə Əzməmmədova çıxış edərək, məişət zorakılığının dünyanın bir çox ölkələrində olduğu kimi, ölkəmizdə də yaşandığından təəssüfləndiklərini bildiriblər. Psixoloqlar məişət zorakılığının qarşısının alınması istiqamətində görülən işlərin səmərəliliyini artırmaq üçün qabaqlayıcı tədbirlərin gücləndirilməsinin, zorakılıqdan zərər çəkmiş şəxslərə təxirəsalınmaz və hərtərəfli yardım göstərilməsinin vacibliyindən danışıblar.
Maarifləndirici görüş diskussiya şəklində davam edib.