A

UNEC-in Türk Dünyası İqtisad Fakültəsində "İnsan alverinə qarşı mübarizə" adlı tədbir keçirilib. Tədbirdə fakültənin dekan müavini Cavahirxanım Məmmədova, İqtisadiyyat və işlətmə kafedrasının baş müəllimi Nəriman Xanəhmədov və tələbələr iştirak ediblər.

İlk öncə dekan müavini Cavahirxanım Məmmədova ümumbəşəri problem olan insan alverinə qarşı mübarizə məqsədilə maarifləndirmə işlərinin aparılmasının vacibliyi və əhəmiyyəti haqqında danışıb. Tədbirdə qeyd edilib ki, Azərbaycanda insan alverinə qarşı mübarizə sahəsində böyük nailiyyətlər əldə edilib, son illər respublikamızda insan alverinə qarşı mübarizə tədbirlərinin gücləndirilməsindən, ölkəmizdə bu sahədə mükəmməl qanunvericilik bazasının, maarifləndirmə sisteminin mövcud olmasından bəhs edilib. Həmçinin respublikamızda 2008-2009, 2009-2014 illər üzrə həyata keçirilən milli fəaliyyət planları çərçivəsində insan alverinə qarşı mübarizə, insan alveri potensiallarının müəyyən edilməsi, onların maarifləndirilməsi, cəmiyyətə inteqrasiya olunması sahəsində çox ciddi addımların atılması da diqqətə çatdırılıb.

İqtisadiyyat və işlətmə kafedrasının baş müəllimi Nəriman Xanəhmədov tədbir zamanı insan alverinə qarşı mübarizədə əldə edilən uğurların cəmiyyətə düzgün çatdırılmasında, maarifləndirmə işinin aparılmasında beynəlxalq və yerli qeyri-hökumət təşkilatlarının, mətbuatın tərəfdaşlığının rolu, hər bir dövlətdə insan hüquqlarının, ailə institutunun qorunmasının və onun düzgün formalaşmasının ən önəmli məsələ olduğunu xüsusilə vurğulayıb.

Sonda mövzuya dair videoçarx nümayiş olunub və mövzu ətrafında müzakirələr aparılıb.

TOP XƏBƏRLƏR