A

UNEC-in Biznes və menecment fakültəsi ilə UNEC Psixoloji Xidmət Mərkəzi tərəfindən tələbələri üçün “Məişət zorakılığının qarşısının alınması və onunla mübarizə” mövzusunda təlim keçirilib.

Təlim zamanı psixoloqlar Mərziyə Əzməmmədova və Aysel Abdullayeva məişət zoraklığının yaranma səbəbləri, mərhələləri və qarşısının alınması yolları barədə tələbələrə ətraflı məlumat veriblər.

Fakültə katibi Elxan Salayevin də iştirak etdiyi təlimdə tələbələrlə mövzu ilə bağlı müzakirələr aparılıb və suallar cavablandırılıb. 

TOP XƏBƏRLƏR