UNEC-in Biznes və menecment fakültəsinin və UNEC Psixoloji Xidmət Mərkəzinin birgə təşkilatçılığı ilə tələbələr üçün “Erkən nikahlar və onların qarşısının alınması” mövzusunda maarifləndirici təlim keçirilib.
Təlimdə Biznes və menecment fakültəsinin katibi Elxan Salayev müasir dövrümüzün aktual problemlərindən olan erkən nikahın yaratdığı fiziki və psixoloji fəsadlar, təhsildən yayınma və digər hüquq pozuntuları barədə məlumat verib. Həmçinin E. Salayev sağlam gənclik naminə keçirilən tədbirin əhəmiyyətindən danışıb.
Sonra Psixoloji xidmət mərkəzinin psixoloqları Mərziyə Əzməmmədova və Aysel Abdullayeva təlimdə Erkən nikahların baş vermə səbəbləri, onların mənfi nəticələri və psixoloji təsirləri haqqında tələbələrə ətraflı məlumat veriblər. Onlar həmçinin, gənclərin milli-mənəvi ruhda tərbiyə edilməsi və düzgün maarifləndirilməsinin əhəmiyyətindən danışıblar.
Təlimin sonunda tələbələrin sualları cavablandırılıb.