×

Warning

Joomla\CMS\Cache\Storage\FileStorage::_deleteFolder Failed deleting index.html


A

UNEC-in Biznes və menecment fakültəsində tələbə mobilliyinin artırılması məqsədilə təlim təşkil olunub.

Təlimdə “Biznes və logistika” kafedrasının müdiri dosent Məhəmməd Əliyev “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı Tədbirlər Planı”nın icrası üzrə tələbələrin mobilliyinin yüksəlməsi çərçivəsində bu kimi təlimlərin keçirilməsinin zəruriliyindən danışıb.

“A PLUS Audit” MMC-nin prezidenti Azər Hüseynov təlimdə tələbə mobilliyinin artırılması məzmununda beynəlxalq təcrübələr, etik kommunikasiya prosesləri və biznes platformaları haqqında məlumatları tələbələrin nəzərlərinə çatdırıb.

Təlimin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.

 

TOP XƏBƏRLƏR