A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Psixoloji Xidmət Mərkəzinin əməkdaşları tərəfindən Maliyyə və mühasibat fakültəsinin tələbələri üçün  “Məişət zorakılığı ilə mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev ölkə əhalisi arasında məişət zorakılığından müdafiə vasitələrinə etimadın təşviqi və məişət zorakılığına qarşı mübarizədə təbliğat və maarifləndirmə işlərinin həyata keçirilməsinin əhəmiyyətindən danışıb.

Mərkəzin rəhbəri dosent Şəfahət Abdullayeva, psixoloqlar Mərziyə Əzməmmədova və Aysel Əliyeva tələbələrə “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının 22 iyun 2010-cu il tarixli  1058-IIIQ nömrəli Qanunu, məişət  zorakılığı, onun növləri və subyektləri, zorakılığın formaları, cəmiyyətdə və məişətdə qadın zorakılığı barədə ətraflı məlumat verərək, məişət zorakılığının qarşısının alınması və bu sahədə preventiv tədbirlərin görülməsi, zorakılığa yol verilməməsinin təşviqi üçün məlumatlandırma və maarifləndirmə tədbirlərinin genişləndirilməsi zəruriliyindən bəhs ediblər.

Sonda mövzu ilə əlaqədar müzakirələr aparılıb və  tələbələri maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR