Kiçik və Orta Biznes İnkişafı Agentliyinin (KOBİA) maliyyələşdirdiyi “Biznes mühitində tədqiqat bacarıqlarının artırılması və sahibkarlıqda rəqəmsal kompetensiyalar” adlı layihə çərçivəsində silsilə təlimlər davam edir.
Onlayn formada keçirilən növbəti təlim UNEC-in Beynəlxalq Əməkdaşlıq Departamentinin Layihələrin İdarə olunması şöbəsinin mütəxəssisi Gültac Tahirli tərəfindən həyata keçirilib.
Təlimdə SPSS statistik proqramında istifadə olan əsas analizlər haqqında ətraflı məlumat verilib. Sosial elmlərdə istifadəsi geniş yayılmış proqramın üstünlükləri və imkanları açıqlanıb.
Sonda təlimdə iştirak edən 50 tələbəyə sertifikatlar təqdim olunub.