A

UNEC-in Biznes və menecment fakültəsində İqlim dəyişikliyi və COP ilə bağlı maarifləndirmə kampaniyaları çərçivəsində mühazirə keçirilib.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı olaraq, Biznes və menecment fakültəsində “İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının dosenti Adik Məmmədov “İqlim dəyişikliyi və COP tanıtımı” mövzusunda tələbələrə mühazirə keçib.

Mühazirədə dəniz səviyyəsinin enməsi, ekstremal hava hadisələri və biomüxtəlifliyin itirilməsi kimi zərərli təsirlər vurğulanıb.

Sonra Biznes və menecment fakültəsinin katibi Elxan Salayev çıxış edərək, iqlim dəyişikliyinin aktuallığı və bu aktual problemlərin həllində kollektiv tədbirlərin rolu barədə ümumi məlumat verib.  

Sonda tələbələri maraqlandıran suallar  cavablandırılıb. 

TOP XƏBƏRLƏR