Bu gün dünyamız enerji istehsalının sürətli artması vəçevrə təsirinin azalması ehtiyacı, alternativ enerji mənbələrinə olan marağın artmasına səbəb olmuşdur.
Gələcəkdə enerji təminatının müdafiəli, daimi və çevik olması üçün alternativ enerji mənbələrinin yerləşdirilməsi və planlanması əhəmiyyətli bir məsələdir. Azərbaycan da bu gün COP standartlarında yenilikçi işlər görməyə çalışan qabaqçıl ölkələr arasındadır.
COP (Konfransıya Tərəfən Ümumi Görüş), dünyanın ən nüfuzlu və əhəmiyyətli iqlim dəyişikliyi konfranslarından biridir. Hər il təşkil edilən bu konfranslar, dünya liderlərini, alimləri, aktivistləri və şirkətləri bir araya gətirərək, iqlim dəyişikliyi ilə mübarizəyə yönəlik strateji və tədbirləri müzakirə edir. Alternativ enerji mənbələri, COP prosesində əsas mövzu olaraq tədqiq olunur və mövzular arasında əhəmiyyətli bir yer tutur. Bu konfranslar, alternativ enerji mənbələrinin inkişafı və tətbiqi üçün təkliflər və qərarlar yaradır və dünya dərəcəsində enerji dəyişikliyinin tətbiqi üçün vacibdir.
Bu məqalədə, yeni tipli alternativ enerji mənbələri və onların coğrafi göstəricilərə görə planlanması müzakirə olunacaqdır.
Ancaq, bu o demək deyil ki, bu layihələr yanlız Qarabağ bölgəsi üçün uyğundur, xeyir bütün Azərbaycan ərazisi üçün nəzərə alınaraq çıxarılmış nəticələrdir.
Son əsrin əvvəllərindən etibarən, günəş enerjisi, külək enerjisi, hidroelektrik enerji və bioenerji kimi alternativ enerji mənbələri ciddi diqqət mərkəzində olmuşdur. Lakin son illərdə, yeni və inkişaf etməkdə olan mənbələr də diqqət çəkmişdir. Məsələn, dalğa enerjisi, biyogaz, geotermal enerji və s. Bu yeni mənbələr, potensialları və tətbiq sahələri baxımından dərin tədqiqat və inkişaf etməkdədir.
Bu kimi bir çox mənbə olsa da ölkəmizdə, əsasən də Qarabağ bölgəsində tətbiq edə biləcəyimiz alternativ mənbələr külək, günəş və geotermal enerji mənbələridir.
Günümüzdə bu mənbələrdən elektrik enerjisi əldə etmək üçün bir çox sistem mövcuddur amma əsas diqqət çəkmək istədiyimiz mövzu əldə olan cihazların yenilənməsi və portativliyinin artırılmsı yönündə artırılmasıdır.Daha aerodinamik külək turbinləri və s.
Alternativ enerji mənbələrinin coğrafi göstəricilərə görə planlanması, effektiv enerji istehsalı və istifadəsi üçün əhəmiyyətli bir məsələdir. Qarabağ bölgəsinin quruluşunu nəzərə alarsaq geotermal enerji mənbələri üçün əlbəttə Kürdəmir ərazisidir. Ancaq plan daha geniş miqyaslı olmalı olduğu üçün fikrimizi külək və günəş enerjisinə çevirmək lazımdır.
Qarabağ bölgəsi bu xəritələrdən göründüyü kimi daha çox dağlıq, dağ ətəyi və müəyyən bir sahədə düzənlik ərazilərdən təşkil olunub. Əsasən dağ ətəyi və dağlıq olan bölgələrdə həm yağışlı olması, həm də insan yaşamı üçün çox da bir əlverişliyinin azlığı yüksək aerodinamikli külək turbinlərinin yerləşdirilməsi üçün ideal bölgələrdir. Günəş enerjisi üçün daha az yağış alanı həm də düzənlik ərazilər böyük Günəş paneli tarlaları üçün ən yaxşıdır.
Alternativ enerji mənbələrinin yeni nəslinin yüksək potensialı, enerji sektorunda dönüşümü təmin etmək üçün mümkün olan bir imkan yaradır. Coğrafi göstəricilərə görə planlanması, bu mənbələrin effektiv istifadəsini və bütün potensialını açığa çıxarmaq üçün əhəmiyyətli bir addımdır. Yerləşdirilməsi və işlənməsi ən optimal məkanlarda, alternativ enerji mənbələri dünya üzərində enerji istehsalı üçün yeni bir paradiqma yaradır. Bu məqalə də təqdim etdiyim planlamalar üçün istifadə olunmasını söylədiyim yeni tipli mexanizmilər ölkəmizin yenilikçi gənclərinin həm ölkə daxili, həm də ölkə xaricində keçirilən elmi yarışlarda (məs. Sabahın Alimləri. SAF STEAM, Teknofest, İSEF vəs) fiziki və kimyəvi hesablamalarla, həmçinin kompüter yoxlamaları ilə yararlılığının təsdiqləndiyi layihələr əsasındadır.
Emil Ramazanov,
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Mühəndislik fakültəsinin tələbəsi