A

UNEC-in Rəqəmsal iqtisadiyyat fakültəsində COP 29 çərçivəsində "İşğal altında olmuş torpaqlarda törədilən ekoloji terror” mövzusunda tədbir keçirilib.

Tədbirdə  Rəqəmsal iqtisadiyyat fakültəsinin dekanı dosent Elman Cəfərov cıxış edərək, işğaldan azad olunmuş torpaqlarımızda erməni vandalları tərəfindən həöyata keçirilmiş ekoliji terrordan danışıb. Hazırda həmin ərazilərdə dövlətimiz tərəfindən bərpa işlərinin aparıldığını, Suqovuşan ərazisində isə eko-balansın bərpasının təmin olunduğunu vurğulayıb.

Sonra “İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının dosenti Adik Məmmədov Qarabağda ekoloji terror nəticəsində ətraf mühitə dəyən ziyan barədə məlumat verib. Həmçinin flora və faunanın növlərinin məhv edilməsi, torpaqların deqradasiyası və digər fəsadların aradan qaldırılması üçün dövlət tərəfindən həyata keçirilən tədbirlərdən bəhs etmişdir.

Sonda auditoriyanı maraqlandıran suallar cavablandırılıb. 

TOP XƏBƏRLƏR